Главная > İdman > Səudiyyə Ərəbistanı DÇ-2030-un ev sahibliyindən imtina edib

Səudiyyə Ərəbistanı DÇ-2030-un ev sahibliyindən imtina edib


23-06-2023, 09:50. Разместил: azadses
Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək dünya çempionatının ev sahibliyindən imtina edib.

“Report”un “Marca”ya istinadən məlumatına görə, ərəb ölkəsi DÇ-2030-u Yunanıstan və Misirlə birgə qəbul etmək fikrindən vaz keçib.

Asiyalılar bunun üçün FIFA-ya ərizə təqdim etməli idilər. Lakin Səudiyyə Ərəbistanının xarici işlər naziri tərəfdaşlara geri çəkildiklərini bildirib. O, əsas rəqibləri hesab olunan İspaniya, Portuqaliya və Mərakeşi üstələməyin qeyri-mümkün olduğunu vurğulayıb.

Həmçinin, Argentina, Uruqvay, Paraqvay və Çili də DÇ-2030 üçün birgə müraciətə hazırlaşırlar.


Вернуться назад