Главная > İdman > PSJ keçmiş futbolçusunu baş məşqçi təyin edə bilər

PSJ keçmiş futbolçusunu baş məşqçi təyin edə bilər


17-06-2023, 14:21. Разместил: azadses
PSJ-nin sabiq yarımmüdafiəçisi Tiaqo Motta komandasını çalışdırmağa hazırlaşır.

"Report" "L'Équipe"yə istinadən xəbər verir ki, hazırda "Bolonya"ya rəhbərlik edən Motta Kristof Qaltyeni əvəzləmək üçün favorit hesab olunur. Tərəflər yaxın gələcəkdə mümkün əməkdaşlığın detallarını müzakirə edəcəklər.

Motta 2018-ci ildə Parisin gənclər komandasının baş məşqçisi olub. Mütəxəssis “Genoa” və “Spice”də də çalışıb.


Вернуться назад