Главная > İdman > Çempionlar Liqası: İstanbulda ikinci ingilis-italyan finalı
Çempionlar Liqası: İstanbulda ikinci ingilis-italyan finalı10-06-2023, 13:20. Разместил: azadses |
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçiriləcək. "Report"un məlumatına görə, Türkiyənin İstanbul şəhərində oynanılacaq həlledici görüşdə İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları üz-üzə gələcəklər. Atatürk Olimpiya Stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək. İstanbulun ikinci dəfə ev sahibliyi edəcəyi ÇL finalında yenə ingilis - italyan dueli baş tutacaq. 2004/2005 mövsümündə bu arenada "Milan" və "Liverpul" arasında keçirilmiş tarixi oyunda mersisaydlılar möhtəşəm geridönüş edərək titula sahib çıxıblar. İngiltərə təmsilçisi ilk hissədən sonra 0:3 hesabı ilə geri düşsə də, ikinci yarıda 3 qol vuraraq, matçın əvvəlcə əlavə vaxta, ardınca isə penaltilər seriyasınadək uzanmasına nail olub. 11 metrlik cərimə zərbələri zamanı daha dəqiq (3:2) oynayan ingilislər yekunda qələbəni bayram ediblər. Çempionlar Liqasında ikinci dəfə finala yüksələn "Mançester Siti" hələ bu turnirdə qalib olmayıb. "İnter" isə ÇL-də oynadığı 6 finalın yarısından qələbə ilə ayrılıb. UEFA Çempionlar Liqası Final 10 iyun 23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya) Baş hakim: Şimon Marçinyak (Polşa) İstanbul, Atatürk Olimpiya Stadionu Qeyd edək ki, Çempionlar Liqasının hələlik son qalibi İspaniyanın "Real Madrid" klubudur. Вернуться назад |