Главная > İdman > Efiopiyalı idmançı 19 illik dünya rekordunu yeniləyib

Efiopiyalı idmançı 19 illik dünya rekordunu yeniləyib


10-06-2023, 10:56. Разместил: azadses
Tokio Olimpiadasının gümüş mükafatçısı efiopiyalı Lamexa Qirma Parisdə keçirilən Brilyant Liqasında 3 000 metr məsafəyə maneələrlə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

"Report" xəbər verir ki, 22 yaşlı Qirma məsafəni 7 dəqiqə 52,11 saniyəyə qət edib.

Qeyd edək ki, əvvəlki nailiyyət 3 sentyabr 2004-cü ildə qətərli Saif Said Şahinə məxsusdur (7:53.63).

2021-ci ildə Tokio Olimpiadasında L.Qirma 3 000 metr məsafəyə maneələrlə qaçışda gümüş medal qazanıb. O, habelə eyni məsafədə iki dəfə dünya çempionatlarının gümüş medallarını qazanıb (2019, 2022).


Вернуться назад