Главная > İdman > Paolo Maldini “Milan”ı tərk etdi

Paolo Maldini “Milan”ı tərk etdi


6-06-2023, 19:56. Разместил: azadses
“Milan”ın texniki direktoru Paolo Maldini və idman direktoru Frederik Massara klubu tərk ediblər.

Buna onların klubun sahibi Cerri Kardinale ilə gərgin görüşü səbəb olub. Tərəflər görüşdə növbəti mövsüm üçün strategiya müəyyən etməli idilər, lakin danışıqlar çox pis keçib.

Mütəxəssislərlə “Milan” arasında müqavilələr 2024-cü ilin yayına kimi hesablanıb.
2022/23 mövsümündə “rossonerlər” 38 matçda 70 xal toplayaraq İtaliya A Seriyasını dördüncü pillədə başa vurublar.

Mənbə: football-italia.net


Вернуться назад