Главная > İdman > Konfrans Liqası: “Sabah” və “Qəbələ”nin daha bir potensial rəqibi bilinib
Konfrans Liqası: “Sabah” və “Qəbələ”nin daha bir potensial rəqibi bilinib2-06-2023, 18:59. Разместил: azadses |
2023/2024 mövsümündə UEFA Konfrans Liqasında çıxış edəcək “Sabah” və “Qəbələ”nin daha bir potensial rəqibi bilinib. “Report”un məlumatına görə, Rumıniya təmsilçisi ÇFR turnirin II təsnifat mərhələsində Azərbaycan klublarına rəqib ola bilər. Rumıniya çempionatında Konfrans Liqasına vəsiqə uğrunda final görüşündə “Universitatya Krayova 1948” üzərində 1:0 hesablı qələbə qazanan ÇFR püşkatma zamanı səpələnmişlərin sırasında yer alacaq. “Neftçi” də həmin səbətdə qərarlaşacağından, Kluj-Napoka komandası “ağ-qaralar”la qarşılaşa bilməz. Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər. UEFA Konfrans Liqası I təsnifat mərhələsi Səpələnmişlər: “Düdelanj” (Lüksemburq) “Riqa” (Latviya) “Maribor” (Sloveniya) “Şkendiya” (Şimali Makedoniya) “Linfild” (Şimali İrlandiya) “Vaduts” (Lixtenşteyn) “Dunayska” (Slovakiya) “Dandolk” (İrlandiya) “Alaşkert” (Ermənistan) “Sutyeska” (Monteneqro) “Şkupi” (Şimali Makedoniya) “Sarayevo” (Bosniya və Herseqovina) “Riqa” (Latviya) “Tobol” (Qazaxıstan) “B36 Torshavn” (Farer adaları) “Ararat” (Ermənistan) “Qzira Yunayted” (Malta) “Levadiya” (Estoniya) “Dinamo” (Minsk, Belarus) “Konnas” (Uels) “Milsami” (Moldova) “HB Torshavn” (Farer adaları) “Europa” (Cəbəllütariq) “Domjale” (Sloveniya) “Santa-Koloma” (Andorra) “Proqres” (Lüksemburq) “Dinamo” (Batumi, Gürcüstan) “İnter Eskaldes” (Andorra) “Kruzaders” (Şimali İrlandiya) Səpələnməmişlər: “Jilina” (Slovakiya) “Torpedo” (Kutaisi, Gürcüstan) “Vikinqur” (Reykyavik, İslandiya) “Sent-Patriks” (İrlandiya) “Vlazniya” (Albaniya) “Vikinqur” (Farer adaları) “Derri Siti” (İrlandiya) “Makedoniya” (Şimali Makedoniya) “Panevezis” (Litva) “Honka” (Finlandiya) “Jelezniçar” (Bosniya və Herseqovina) “Baltsan” (Malta) “Zimbru” (Moldova) “Dukagini” (Kosovo) “Haka” (Finlandiya) “Dila” (Gürcüstan) “Birkirkara” (Malta) “Qlentoran” (Şimali İrlandiya) “Heqelmann” (Litva) “İsloç (Belarus) “Akureyri” (İslandiya) “Eqnatia” (Albaniya) “Penibont” (Uels) “Xaverforduest Kaunti” (Uels) “Meqpays” (Cəbəllütariq) "Arsenal Tivat" (Monteneqro) “Virtus” (San-Marino) “Kosmos” (San-Marino) Qeyri-müəyyənlərlər: “Payde” (Estoniya) “Tirana” (Albaniya) II təsnifat mərhələsi Səpələnmişlər: “Brügge” (Belçika) “Bazel” (İsveçrə) “Gent” (Belçika) “Fənərbağça” (Türkiyə) ÇFR (Rumıniya) PAOK (Yunanıstan) “Makkabi (Təl-Əviv, İsrail) “Viktoriya” (Çexiya) “Budo-Qlimt” (Norveç) “Lex” (Polşa) “Hapoel” (Beer-Şeva, İsrail) “Yurqarden” (İsveç) APOEL (Nikosiya, Kipr) “Beşiktaş” (Türkiyə) “Riyeka” (Xorvatiya) “Gimaraeş” (Portuqaliya) “Styaua” (Rumıniya) “Legiya” (Polşa) “Rusenborq” (Norveç) “Spartak” (Trnava, Slovakiya) AEK (Larnaka, Kipr) “Omoniya” (Kipr) “KuPS” (Finlandiya) “Neftçi” (Azərbaycan) “Osiyek” (Xorvatiya) “Aris” (Saloniki, Yunanıstan) Səpələnməmişlər: “Voyvodina” (Serbiya) “Lütsern” (İsveçrə) “Bohemians” (Çexiya) “Beytar” (İsrail) “Hammarbü” (İsveç) “Kalmar” (İsveç) “Kauno” (Litva) “Poqon” (Polşa) “Zalaeqerseq” (Macarıstan) “Keçkemet” (Macarıstan) “Debretsen” (Macarıstan) “Sepsi” (Rumıniya) “Qəbələ” (Azərbaycan) “Boraç” (Bosniya və Herseqovina) “Sabah” (Azərbaycan) “Ordabasi” (Qazaxıstan) “Aktobe” (Qazaxıstan) “Çelye” (Sloveniya) “Auda” (Latviya) “Differdanj” (Lüksemburq) “Torpedo BelAZ” (Belarus) Qeyri-müəyyən: “Petrokub” (Moldova) III təsnifat mərhələsi Səpələnmişlər: “Alkmaar” (Niderland) “Dinamo” (Kiyev, Ukrayna) “Partizan” (Serbiya) “Aruka” (Portuqaliya) Səpələnməmişlər: “Hayduk” (Split, Xorvatiya) “Brann” (Norveç) “Nordsyelland” (Danimarka) Вернуться назад |