Главная > İdman > Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır


1-06-2023, 10:53. Разместил: azadses
Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.

"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində Xanoğlan Kərimov dayanq üzərinə çıxacaq.

İdmançı 1/64 final mərhələsində portuqaliyalı Alfredo Martinslə üz-üzə gələcək.

Bu gün, həmçinin, qadın taekvondoçular 73 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparacaqlar.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də yekunlaşacaq. Azərbaycanın 6 taekvondoçusu mundialı medalsız bitirib.


Вернуться назад