Главная > İdman > Avropa çempionatı: Azərbaycan gimnastları fərdi proqramda mübarizəyə start verəcəklər
Avropa çempionatı: Azərbaycan gimnastları fərdi proqramda mübarizəyə start verəcəklər18-05-2023, 14:37. Разместил: azadses |
Bakıda keçirilən Avropa çempionatında Azərbaycanın iki bədii gimnastı bu gün fərdi proqramda çıxış edəcək. "Report"un məlumatına görə, Zöhrə Ağamirova və İlona Zeynalova təsnifat mərhələsində halqa və topla bacarıqlarını göstərməyə çalışacaqlar. Qeyd edək ki, yarışın ilk günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv iki medal qazanıb. Qitə çempionatı mayın 21-də başa çatacaq. Вернуться назад |