Главная > İdman > Çempionlar Liqası: Bu gün ilk finalçı bəlli olacaq
Çempionlar Liqası: Bu gün ilk finalçı bəlli olacaq16-05-2023, 10:39. Разместил: azadses |
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək. "Report"un məlumatına görə, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində bəlli olacaq. Birinci oyunda "İnter"ə 0:2 hesabı ilə uduzan "Milan" məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Cüzeppe Meatsa" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edəcək. UEFA Çempionlar Liqası Yarımfinal, cavab oyunu 16 may 23:00. "İnter" (İtaliya) - "Milan" (İtaliya) Baş hakim: Kleman Türpen (Fransa) Milan, "Cüzeppe Meatsa" stadionu İlk oyun - 2:0 Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"nin qonağı olacaq. Вернуться назад |