Главная > İdman > UEFA Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub

UEFA Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub


12-05-2023, 13:42. Разместил: azadses
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

"Report" xəbər verir ki, bu ada İtaliyanın "Roma" klubundan Nemanya Matiç, Edmond Tapsoba, "Yuventus"dan Federiko Qatti və İspaniya "Sevilya"sından İvan Rakitiç iddia edir.

UEFA Konfrans Liqasında isə İngiltərənin "Vest Hem" komandasından Deklan Rays, Səid Benrahma, İtaliya "Fiorentina"sından Kristiano Biraqi və İsveçrə "Bazel"indən Andi Diuf namizəddir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytına səsvermə yolu ilə bəlli olacaq.


Вернуться назад