Главная > İdman > Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub
Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub8-05-2023, 19:49. Разместил: azadses |
Azərbaycanın daha üç cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatını medalsız başa vurub. "Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu Orxan Səfərov 1/16 final mərhələsində Daikli Boubanı (Fransa) məğlub etsə də, Elios Manziyə (İtaliya) uduzub. Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/16 finalda Sofia Fioranı (Argentina) mübarizədən kənarlaşdırsa da, Amandine Buçarda (Fransa) yenilib. Eyni çəkidəki Aydan Əliyeva 1/32 finalda Erza Muminoviqdən (Kosova) güclü olsa da, Odette Giuffrıde (İtaliya) ilə bacarmayıb. Qeyd edək ki, Azərbaycan dünya çempionatında 13 cüdoçu ilə təmsil olunur. Daha əvvəl 60 kq-dakı Balabəy Ağayev ilə Turan Bayramov, 48 kq-dakı Leyla Əliyeva və Könül Əliyeva turniri medalsız başa vurublar. Yarış mayın 14-də başa çatacaq. Вернуться назад |