Главная > İdman > "Formula 1"in rəhbəri: "Azərbaycanla əlaqələrimizi genişləndirməkdən şadıq"

"Formula 1"in rəhbəri: "Azərbaycanla əlaqələrimizi genişləndirməkdən şadıq"


29-04-2023, 21:16. Разместил: azadses
"Azərbaycanla əlaqələrimizi genişləndirməkdən şadıq. Birgə inkişafı davam etdirməyi səbirsizliklə gözləyirik".

"Report" xəbər verir ki, bunu "Formula 1"in prezidenti Stefano Domenikali Azərbaycan Qran-prisi ilə müqavilənin uzadılması ilə bağlı danışarkən deyib.

58 yaşlı funksioner Bakı Şəhər Halqasının "Formula 1" üçün çox məşhur məkana çevrildiyini bildirib: "Bakı bir çox həyəcanlı yarışlara ev sahibliyi edib".

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran-prisi ilə müqavilənin müddətini 2026-cı ilədək uzadıb.


Вернуться назад