Главная > İdman > “Barselona” ingilislərin istədiyi futbolçuya 90 milyon avro qiymət qoydu

“Barselona” ingilislərin istədiyi futbolçuya 90 milyon avro qiymət qoydu


26-04-2023, 19:41. Разместил: azadses
“Barselona” mövsümün sonunda Rafinyanı satmağa hazırdır.

Kataloniya klubu braziliyalı vingerin qiymətini müəyyənləşdirib. İspaniyalı insayder Xavi Migelin yaydığı məlumata görə, “Barsa” onu minimum 90 milyon avroya satmaq niyyətindədir.

26 yaşlı futbolçunun xidmətində İngiltərənin “Arsenal” və “Nyukasl” klubları maraqlıdır.
Rafinya “Barselona”ya keçən ilin yayında “Lids”dən transfer olunub. O, bu mövsüm “Barsa”nın heyətində bütün turnirlərdə 42 oyun keçirib, 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


Вернуться назад