Главная > İdman > İrəvandakı yarışda medal qazanmış türkiyəli idmançıların Bakıya gələcəkləri tarix bəlli olub

İrəvandakı yarışda medal qazanmış türkiyəli idmançıların Bakıya gələcəkləri tarix bəlli olub


26-04-2023, 16:30. Разместил: azadses
Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc və gümüş mükafatçı Qamze Altun sabah Bakıya gələcək.

"Report"un məlumatına görə, Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü də Azərbaycana səfər edəcək.

Səfər zamanı onların paytaxtda bir sıra görüşlərdə və tədbirlərdə iştirakları nəzərdə tutulub.


Вернуться назад