Главная > İdman > UEFA Gənclər Liqasında finalçılar məlum oldu: Hər ikisinin yolu Qəbələdən keçib

UEFA Gənclər Liqasında finalçılar məlum oldu: Hər ikisinin yolu Qəbələdən keçib


22-04-2023, 17:29. Разместил: azadses
UEFA Gənclər Liqasında finalçılar müəyyənləşib.

Oxu.Az xəbər verir ki, həlledici matçda “Hayduk” (Xorvatiya) və “AZ Alkmaar”ın (Niderland) U-19 komandaları üz-üzə gələcək.

Xorvatlar yarımfinalda İtaliya “Milan”ını 3:0 hesabı ilə məğlub etməklə finala çıxıblar. Niderlandlılar isə Portuqaliya təmsilçisi “Sportinq”dən güclü olublar (2:2, penaltilər - 4:3).
Final matçı aprelin 24-də keçiriləcək.

Maraqlıdır ki, “Hayduk”un gəncləri bu mövsüm mübarizəyə Azərbaycan təmsilçisi “Qəbələ” ilə qarşılaşaraq başlayıblar. 1-ci mərhələdə baş tutan duellərin birincisində xorvatlar evdə 3:0, Qəbələdə isə 2:1 üstün olublar. Digər yarımfinalçı “AZ Alkmaar”ın da yolu yaxın keçmişdə Azərbaycandan keçib. Bu, Gənclər Liqasının 2021/22 mövsümünün 1-ci mərhələsində baş tutub. Qəbələdə yerli klubun gənclərini 4:0 üstələyən niderlandlılar evdə daha böyük hesablı qələbə qazanıblar - 7:0.


Вернуться назад