Главная > İdman > Azərbaycanın MMA döyüşçüsü zədəsini sağaldıb

Azərbaycanın MMA döyüşçüsü zədəsini sağaldıb


14-04-2023, 20:33. Разместил: azadses
"Bellator"da çıxış edən Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev zədəsini sağaldıb.

Bu barədə "Report"a 34 yaşlı idmançı məlumat verib.

Musayev rusiyalı Aleksandr Şabli ilə görüşdə qabırğasından xəsarət aldığını xatırladıb: "Artıq sağlamlığımı bərpa etmişəm və Bakıda məşqlərə başlamışam. Bu qarşılaşmada zədə olmasaydı, döyüş sonadək davam edəcəkdi".

O, növbəti rəqibinin hələlik bəlli olmadığını, döyüşünün iyun və ya iyulda gerçəkləşə biləcəyini söyləyib.

Qeyd edək ki, Tofiq Musayev dünya Qran Prinsinin 1/4 final mərhələsində məğlub olmuşdu.


Вернуться назад