Главная > İdman > Konfrans Liqası: “Fiorentina”dan darmadağın, “Vest Hem” “Gent”ə qalib gələ bilmədi

Konfrans Liqası: “Fiorentina”dan darmadağın, “Vest Hem” “Gent”ə qalib gələ bilmədi


14-04-2023, 11:08. Разместил: azadses
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Belçikada “Gent” və “Vest Hem” münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşmada qalib müəyyənləşməyib.

“Fiorentina” səfərdə “Lex”i darmadağın edib. “Anderlext” “AZ Alkmar”ı məğlub yola salıb. “Nitsa” ilə “Bazel”in matçında qalib müəyyənləşməyib.

UEFA Konfrans Liqası
1/4 final

“Gent” (Belçika) - “Vest Hem” (İngiltərə) - 1:1
Qollar: Kuypers, 57 - İnqs, 45+3
“Lex” (Polşa) - “Fiorentina” (İtaliya) - 1:4
Qollar: Velde, 20 - Kabral, 4, Qonsales, 41, Bonaventura, 58, İkone, 63

“Anderlext” (Belçika) “AZ Alkmaar” - 2:0
Qol: Murilyo, 22, Aşimeru, 70

“Bazel” (İsveçrə) - “Nitsa” (Fransa) - 2:2
Qollar: Amduni, 26, 71 - Moffi, 38, 45+1

Mərhələnin cavab görüşləri aprelin 20-də keçiriləcək.


Вернуться назад