Главная > İdman > “Sabah”ın baş məşqçisi Rusiya klubunun təklifini rədd edib

“Sabah”ın baş məşqçisi Rusiya klubunun təklifini rədd edib


11-04-2023, 12:10. Разместил: azadses
“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya klubu “Rubin”in təklifini rədd edib.

“Report”un “Sport-Express” nəşrinə istinadən məlumatına görə, baş məşqçi dəyişikliyinə hazırlaşan Kazan təmsilçisi bir neçə mütəxəssislə danışıq aparıb ki, onlardan biri də Musayev olub.

Lakin 40 yaşlı mütəxəssis dərhal təklifə “yox” cavabını verib. O, mövsümün gedişində komandasını dəyişmək fikrində olmadığını bildirib.

İndiki baş məşqçi Yuri Utkulbayevlə yollarını ayırmağa hazırlaşan “Rubin”in bu posta əsas namizədi Kurban Berdiyevdir.

Qeyd edək ki, Rusiya Milli Futbol Liqasında (FNL) 26 turdan sonra 47 xalla ikinci pillədə qərarlaşan “Rubin” Premyer Liqaya qayıtmağa iddia edir.


Вернуться назад