Главная > İdman > Azərbaycan şahmatçısı Dünya Kubokuna vəsiqə qazandı
Azərbaycan şahmatçısı Dünya Kubokuna vəsiqə qazandı14-03-2023, 18:11. Разместил: admin |
Serbiyanın Vrnyaçka Banya şəhərində şahmat üzrə kişilər arasında şəxsi Avropa çempionatı keçirilib. Azərbaycan Şahmat Federasiyasının yaydığı məlumata görə, təmsilçilərimizdən Nicat Abasov 11 oyundan 7,5 xal toplamaqla 17-ci yeri tutub. Bu nəticə ilə N.Abasov Dünya Kubokuna vəsiqə əldə edib. Digər təmsilçimiz Əhməd Xaqan reytinqini artıraraq FIDE ustası titulunun normativini yerinə yetirib. Вернуться назад |