Главная > İdman > Dünya Kubokunun qalibi: “Azərbaycan düşərli ölkə kimi həmişə xatirəmdə qalacaq”

Dünya Kubokunun qalibi: “Azərbaycan düşərli ölkə kimi həmişə xatirəmdə qalacaq”


19-02-2023, 18:37. Разместил: admin
Dünya Kubokunun qalibi: “Azərbaycan düşərli ölkə kimi həmişə xatirəmdə qalacaq”

“Azərbaycan düşərli ölkə kimi həmişə xatirəmdə qalacaq”.

Bunu “Report”a açıqlamasında Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun qalibi olan Qazaxıstan təmsilçisi Danil Musabayev deyib.

25 yaşlı idmançı Bakını yenə titulla tərk edəcəyini xatırladıb:

“Düzdür, böyüklər arasında fərdi yarışda ilk çempionluğumu qazandım. Amma Bakıda bundan əvvəlki turnirlərdə də medallar əldə etmişəm. Bir sözlə, Bakını həmişə medalla tərk edirəm. Emosiyalarımı sözlə ifadə etmək mümkün deyil. Çox xoşbəxtəm”.

Danil Musabayev Azərbaycan Gimnastika Federasiyasına təşəkkür etməyi də unutmayıb:

“Turnirdən əvvəl federasiyanız məşq etmək, hazırlaşmaq üçün hər cür şərait yaratmışdı. Buna görə onlara təşəkkürümü bildirirəm. Milli Gimnastika Arenası barədə də ancaq xoş sözlər deyə bilərəm. Möhtəşəm arenadır”.

Qeyd edək ki, qadınların fərdi yarışında Azərbaycan gimnastı Selcan Mahsudova bürünc medal qazanıb.
Вернуться назад