Главная > İdman / Manset > Dünyanın ən titullu futbolçusu komandadan qovuldu

Dünyanın ən titullu futbolçusu komandadan qovuldu


21-01-2023, 11:31. Разместил: admin
Dünyanın ən titullu futbolçusu komandadan qovuldu

Meksikanın “Pumas” klubu cinsi qısnama ittihamı ilə həbs edilən futbolçu Dani Alveşlə müqaviləyə xitam verib.

Bu barədə futbol klubunun prezidenti Leopoldo Silva xəbər verib.

Məlumata görə, klub rəhbərliyi Alveşin zaminə buraxılmadan həbs olunmasına məhkum edildiyi gün onunla əmək müqaviləsinə xitam vermək qərarına gəlib.

Xatırladaq ki, 39 yaşlı futbolçu cinsi qısnamada təqsirləndirilir. İttiham görə, o, Barselonadakı gecə klublarından birində əylənərkən orada olan qadınlardan birini seksual qısnamaya məruz qoyub.

Qeyd edək ki, Alveş 2022-ci ilin iyulundan Meksikanın “Pumas” klubunda çıxış edirdi. Müdafiəçi 43 kubokla tarixin ən titullu futbolçusudur. O, altıqat İspaniya çempionu, ikiqat Fransa çempionu, İtaliya çempionu, üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA kubokunun, üç dəfə UEFA Superkubokunun qalibi olub. Braziliya millisinin tərkibində iki dəfə Konfederasiyalar Kubokunu (2009, 2013) və Amerika Kubokunu (2007, 2019) qazanıb, eyni zamanda Olimpiya çempionu olub.
Вернуться назад