Главная > İdman > Tərlan Əhmədov: “Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi”

Tərlan Əhmədov: “Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi”


28-11-2022, 19:52. Разместил: admin
“Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi”.

“Report”un məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Şamaxı” ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis turnir cədvəlində vəziyyəti düzəltmək üçün səfərə qələbə üçün gəldiklərini bildirib:

“Çalışırdıq ki, məsələni birinci hissədə həll edək. İlk yarıda daha rahat futbol oynadıq. Qol epizodlarımız da vardı. Amma bundan istifadə edə bilmədik. Fasilədən sonra da bir neçə epizodda fərqlənə bilərdik”.

Əhmədov bu gün iki xal itirdiklərini söyləyib:

“Bəlkə məğlub da ola bilərdik. Biz meydanda dayananda rəqibin də qol epizodları oldu. Əlimizdə olan futbolçulardan maksimum şəkildə istifadə etdik. Zədəlilərimiz hələ yeni qayıdıb. Buna görə tam heyətlə meydana çıxa bilmirik. Dəyişiklik etməyə çətinlik çəkirik. Komandamın oyunu məni təxminən 70 dəqiqə məmnun etdi. Hücumda çoxlu qol epizodları yaratdıq. Səfərdə bir xal qazandığımız üçün futbolçulara təşəkkür edirəm. Meydanda mübarizə apardılar. Bu çətin məqamda bacardığımız qədər çalışırıq ki, həm də baxımlı futbol oynayıb xallarımızı qazanaq”.
Вернуться назад