Главная > İdman / Manset > Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub


14-11-2022, 20:39. Разместил: admin
2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının rəsmi maskotu təqdim olunub.

Bunlar qırmızı frigiya papağı şəklində yumşaq oyuncaqlardır.

Frigiya papağı Fransa Respublikasının və 1789-cu il Böyük Fransa İnqilabının simvoludur.

Maskotlara Frigi adı verilib. Paralimpiya simvolu bir ayağı əvəzinə qaçış üçün protezi ilə olimpiya simvolundan fərqlənir.

Olimpiada 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtında keçiriləcək.
Вернуться назад