Главная > İdman > Konfrans Liqası: “Qarabağ”ın pley-offdakı rəqibi bəlli olur
Konfrans Liqası: “Qarabağ”ın pley-offdakı rəqibi bəlli olur7-11-2022, 14:00. Разместил: admin |
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq. “Report”un məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olacaq. Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. UEFA Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən “köhlən atlar” Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşəcək. Səpələnməmişlər səbətində olan ölkə çempionu bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə üz-üzə gələcək. Səpələnmişlər: “Anderlext” (Belçika) “Bazel” (İsveçrə) “CFR Kluj” (Rumıniya) “Dnepr-1” (Ukrayna) “Fiorentina” (İtaliya) “Gent” (Belçika) “Lex” (Polşa) “Partizan” (Serbiya) Səpələnməmişlər: AEK (Larnaka, Kipr) “Budo Qlimt” (Norveç) “Braqa” (Portuqaliya) “Latsio” (İtaliya) “Ludoqorets” (Bolqarıstan) “Qarabağ” (Azərbaycan) “Şerif” (Moldova) “Trabzonspor” (Türkiyə) Qeyd edək ki, pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ”ın ilk oyunu bütün səpələnməmişlər kimi evdə gerçəkləşəcək. Вернуться назад |