Главная > İdman / Manset > Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib


5-11-2022, 21:17. Разместил: admin
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.

“Report”un məlumatına görə, komanda B qrupunda gərgin keçən qarşılaşmada dünya yığmasına qalib gəlib.

Görüş 5:5 hesabı ilə başa çatdığı üçün əlavə göstəricilərə baxılıb. Burada daha üstün olan Azərbaycan millisi həlledici raunda vəsiqə qazanıb - 22:19.

Yığma qızıl medal uğrunda İran kollektivi ilə üz-üzə gələcək. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.

Dünya Kuboku
Dünya yığması - Azərbaycan - 4:5

55 kq
Nuqzari Tsurtsumia (Gürcüstan) - Eldəniz Əzizli - 0:9

60 kq
Aydos Sultangali (Qazaxıstan) - Murad Məmmədov - 4:1

63 kq
Leri Abuladze (Gürcüstan) - Taleh Məmmədov - 1:1 (sonuncu xal prinsipi ilə azərbaycanlı güləşçi qalib gəlib)

67 kq
Coni Xetsuriani (Gürcüstan) - Həsrət Cəfərov - 0:5

72 kq
Andrey Kulik (Ukrayna) - Ülvi Qənizadə - 7:1

77 kq
Zoltan Levai (Macarıstan) - Sənan Süleymanov - 1:8

82 kq
Jalqasbay Berdimuratov (Özbəkistan) - Rafiq Hüseynov - 1:3

87 kq
Aleks Kessidis (İsveçrə) - Murad Əhmədiyev - 2:3

97 kq
Nikoloz Kaxelaşvili (İtaliya) - Arif Niftullayev - 5:1

130 kq
Mantas Knistautas (Litva) - Sabah Şəriəti - 1:5

Qeyd edək ki, Dünya Kubokunda medal görüşləri noyabrın 6-da baş tutacaq.
Вернуться назад