Главная > İdman / Manset > Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər
Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər23-10-2022, 17:15. Разместил: admin |
“Bu yarışda olduğumuz üçün çox şadıq”. “Report”un məlumatına görə,bu sözləri Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç “Mingəçevir Reqatası” barədə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Suqovuşan və Mingəçevirdə keçirilən yarışda iştiraklarının əsas səbəbi Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə münasibətlərin yaxşı səviyyədə olmasıdır: “Etiraf edim ki, burada bütün infrasturukturların mütəşəkkil şəkildə təşkil edilməsi heyrətamizdir. İdmançıların öz potensialını yüksək səviyyədə nümayiş etdirməsi üçün bütün şərait yaradılıb”. AKAF ilə müəyyən danışıqlar apardıqlarını söyləyən Kovaçeviç gələcəkdə iki federasiyanın birlikdə böyük miqyaslı yarış həyata keçirə biləciyini istisna etməyib. Вернуться назад |