Главная > İdman / Manset > “Aimchess Rapid”: Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq


20-10-2022, 15:25. Разместил: admin
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ilk final görüşünü keçirəcək.

“Report”un məlumatına görə, 37 yaşlı qrosmeyster polşalı Yan Kşiştof-Duda ilə görüşəcək.

İkinci final qarşılaşması oktyabrın 21-də olacaq.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov yarımfinalda Rumıniyanı təmsil edən Riçard Rapporta qalib gəlib.
Вернуться назад