Главная > İdman > Çempionlar Liqası: “Çelsi” “Milan”a qarşı, “Dinamo” “Zalsburq”la üz-üzə gələcək - AFİŞA
Çempionlar Liqası: “Çelsi” “Milan”a qarşı, “Dinamo” “Zalsburq”la üz-üzə gələcək - AFİŞA5-10-2022, 11:17. Разместил: admin |
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulacaq. “Report”un məlumatına görə, son oyun günündə E, F, G və H qruplarında səkkiz qarşılaşma baş tutacaq. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Avstriyada “Zalsburq”un qonağı olacaq. E qrupunun digər matçında isə “Çelsi” İngiltərədə İtaliya “Milan”ını qəbul edəcək. E qrupunda turnirin son qalibi, İspaniya “Real Madrid”i Polşada Ukraynanın “Şaxtyor” (Donetsk) komandası ilə qarşılaşacaq. Almaniya “Leypziq”i isə evdə Şotlandiya “Seltik”i ilə üz-üzə gələcək. G qrupunda “Mançester Siti” İngiltərədə Danimarka “Kopenhagen”ini, “Sevilya” isə İspaniyada Almaniyanın “Borussiya” (Dortmund) komandasını sınağa çəkəcək. H qrupunda “Yuventus” İtaliyada İsrailin “Makkabi” (Hayfa), “Benfika” isə Portuqaliyada Fransanın PSJ klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Çempionlar Liqası Qrup mərhələsi, III tur 5 oktyabr E qrupu 20:45. “Zalsburq” (Avstriya) - “Dinamo” (Zaqreb, Xorvatiya) 23:00. “Çelsi” (İngiltərə) - “Milan” (İtaliya) Xal durumu: ”Milan” - 4, “Dinamo” - 3, “Zalsburq” - 2, “Çelsi” - 1 F qrupu 20:45. “Leypziq” (Almaniya) - “Seltik” (Şotlandiya) 23:00. “Real Madrid” (İspaniya) - “Şaxtyor” (Donetsk, Ukrayna) Xal durumu: ”Real Madrid” - 6, “Şaxtyor” - 4, “Seltik” - 1, “Leypziq” - 0 G qrupu 23:00. “Mançester Siti” (İngiltərə) - “Kopenhagen” (Danimarka) 23:00. “Sevilya” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) Xal durumu: ”Mançester Siti” - 6, “Borussiya” - 3, “Kopenhagen” - 1, “Sevilya” - 1 H qrupu 23:00. “Yuventus” (İtaliya) - “Makkabi” (Hayfa, İsrail) 23:00. “Benfika” (Portuqaliya) - PSJ (Fransa) Xal durumu: PSJ - 6, “Benfika” - 6, “Yuventus” - 0, “Makkabi” - 0. Qeyd edək ki, III turun digər səkkiz oyunu ötən gün keçirilib. Вернуться назад |