Главная > İdman / Manset > “Hər gün şükr et, amma elmlə məşğul ol, çətin gününü dəyişdir” - Acalov
“Hər gün şükr et, amma elmlə məşğul ol, çətin gününü dəyişdir” - Acalov20-09-2022, 20:58. Разместил: admin |
Bu sözləri Braziliya Ciu-citsu Federasiyasının Prezidenti Aqil Acalov deyib. Onun sözlərinə görə, nəzər yetirsək görərik ki, müsəlman ölkələrinin əksəriyyəti inkişafdan qalır: “Bütün inkişaf etmiş ölkələrdə dini inanclar, dinlə məşğul olan insanlar və möminlər var. İslam ölkələrindən fərqli olaraq onlar həm dinlə, həm də elmlə məşğul olurlar. Dini inancın olması gözəldir. Dinimizdə də buyrulub ki, beşikdən qəbrə kimi oxumaq, inkişaf etmək lazımdır. Məsələn, İsrailin dəmir qübbəsi var. Onlar elmlə məşğul olur, elmi-texnoloji ixtiralar edirlər. Müsəlman ölkələrində isə məshəblər bir-biriləri ilə mübahisə edirlər. Bəzən kasıb ailələr uşağa sadəcə bu halına şükr etməyi öyrədirlər. Şükr etmək acınacaqlı vəziyyətdən çıxmaq yolu deyil. Hər gün şükr et, amma elmlə məşğul ol, çətin gününü dəyişdir. Dinlə, elmlə, mütaliə ilə məşğul olmaq lazımdır. Bu günlərdə şükürlər olsun ki, dövlətimiz təhsillə bağlı hər şəraiti yaradıb. Dünya standartlarına uyğun təhsil almaq üçün ölkəmizdə kifayət qədər elm-tədris bazası yaradılıb və inkişaf etdirilir. Münbit şəraitdən sadəcə olaraq bəzi valideynlər düzgün istifadə etmirlər. Demirəm ki, dindən uzlaşmaq lazımdır. Xeyr! Bizi biz edən milli mənəvi dəyərlərimizdən də əlavə dini dəyərlərimizdir. Sadəcə dini düzgün formada yaşamaq, yaşatmaq və aşılamaq lazımdır. Kimisə təhqir etmədən, digər məshəblərə toxunmadan... Qəribədir ki, müsəlman olduğumuz halda Yaradana şirk qoşmaq halları ilə rastlaşırıq. İnsanı qoruyan, şəfa verən, arzusuna çatdıran “seyidlər, pirlər” deyil. İnsanı qoruyan onun ağlıdır. Xəstə olanda həkimlərə üz tuturuq, halal zəhmətlə çalışırıq. Zəka, ağıl istəklərinə çatmaq üçün Allah tərəfindən insana verilən vasitədir. Onu necə işlədəcəyi isə insanın özünə qalıb. Allah Quranı bizə bir mayak, işıq olaraq göndərib. Amma insanlar yenə də kiminsə sözünü müzakirə edib, özünə yol tutur. Elmlə məşğul olmağı ən az ibadət qədər fəzilətli bilən Rəbbimiz bizə şüur verib, ondan əlavə Qurani Kərimi və elçisi Peyğəmbəri (s.a.a.s) göndərib. Əsrlər boyu kəşflər, ixtiralar, inkişafla elmin gəlib çıxdığı məqamlar haqqında məlumatları Allah cahiliyyət dövrü deyilən dövrdən bizə göndərib. Bu qədər açıq-aydın izahların və göstərişlərin qarşılığında bəzi insanlar hələ də batil inanclar və ya öz düşüncələrinə uyğun irəli sürdükləri mülahizələrlə mübahisə edirlər. Yerin və göyün, var olan hər şeyin sahibi Allahdır! Allah bəndəsinə şüur verib ki, bəndə oxusun, elmli olsun. Oxuyun, düşünün, analiz edin, inanın, inancınızın da, elminizin də tərzi düzgün və təmiz olsun!”,- Acalov deyib. Вернуться назад |