Главная > İdman / Manset > Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək17-09-2022, 16:32. Разместил: admin |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçiriləcək. “Qəbələ” klubu “Sumqayıt”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq. Hazırda “qırmızı-qaralar” 9 xalla 6-cı, “gənclik şəhəri” təmsilçisi isə 3 xalla 8-ci pillədə qərarlaşıb. İki komanda indiyədək ölkə çempionatında 39 dəfə qarşılaşıb. Bunların 22-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıblar. 12 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbəti də əyalət təmsilçisinin xeyrinədir - 63:29. “Sumqayıt” son 4 oyunda qalib gəlməyib. “Qəbələ” son 5 ev matçından xalsız və qolsuz ayrılmayıb. 17 sentyabr (şənbə) 19:00. “Qəbələ” – “Sumqayıt” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Səbuhi Bayramov Hakim-inspektor: Ömər Paşayev Qəbələ şəhər stadionu. Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” evdə “Turan Tovuz”u 3:1, “Neftçi” isə səfərdə “Səbail”i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 18-də keçiriləcək “Kəpəz” – “Şamaxı” və “Zirə” – “Qarabağ” matçları ilə yekun vurulacaq. Вернуться назад |