Главная > İdman / Manset > “Qarabağ” – “Nant” oyunu başlayıb - YENİLƏNİR + VİDEO

“Qarabağ” – “Nant” oyunu başlayıb - YENİLƏNİR + VİDEO


15-09-2022, 21:36. Разместил: admin
qarşılaşma saat 20:45-də başlayacaq. Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edəcək.

“Köhlən atlar”dan zədəli Kevin Medina, Maksim Medvedev və Bədavi Hüseynov oyunu buraxacaq. Qonaqlardan isə Şarl Traore eyni səbəbdən meydana çıxmayacaq.

“Nant” ilk turda Yunanıstan “Olimpiakos”unu məğlub edib - 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.

G qrupunun digər matçında “Olimpiakos” “Frayburq”u qəbul edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

15 sentyabr

20:45. “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa)

Baş hakim: Enea Yorqyi (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: “Frayburq” - 3. “Nant” - 3. “Qarabağ” - 0. “Olimpiakos” - 0.

Qeyd edək ki, qrupun digər matçında “Frayburq” “Olimpiakos”un qonağı olacaq.


Вернуться назад