Главная > İdman / Manset > Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır


12-09-2022, 16:18. Разместил: admin
Azərbaycanın daha üç güləşçisi bu gün Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, yunan-Roma güləşçilərindən Sabah Şəriəti (130 kq) və Murad Məmmədov (60 kq), qadınların yarışında Tatyana Omelçenko (62 kq) döşək üzərinə çıxacaq.

Məmmədov 1/8 final mərhələsində Viktor Petrik (Ukrayna) / Rabbi Kilandi (Konqo) cütünün qalibi ilə, Şəriəti isə 1/16 finalda Hindistan təmsilçisi Satiş Satişlə üz-üzə gələcək. Omelçenko isə təsnifat mərhələsində Vietnamdan olan Ti Nquyenlə görüşəcək.

Bu gün həmçinin yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal uğrunda, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə iştirak edəcək. Onların rəqibləri hələlik müəyyənləşməyib.

Qadın güləşçilərdən Leyla Əliyeva (53 kq) və Elis Manolova (65 kq) sentyabrın 13-də yarışa qoşulacaq. Sentyabrın 14-də Jalə Əliyeva (57 kq) ilə Alyona Kolesnik (59 kq) mübarizəyə başlayacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş medal qazanıb.
Вернуться назад