Главная > İdman / Manset > Zabit Səmədovun vida döyüş gecəsinə start verilib: Bir kikboksçumuz qalib gəldi, biri uduzdu - FOTO
Zabit Səmədovun vida döyüş gecəsinə start verilib: Bir kikboksçumuz qalib gəldi, biri uduzdu - FOTO10-09-2022, 22:32. Разместил: admin |
![]() “Report”un məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən və Almaniyanın “Mix Fight Championship” təşkilatının təşkil etdiyi döyüş gecəsində ilk olaraq rinqə 60 kq çəki dərəcəsində kikboksçular çıxıb. Mixel Olenski (Niderland) Osmanova (Azərbaycan) 3 raundun yekununda qalib gəlib. Qeyd edək ki, Zabit Səmədov vida döyüş gecəsində braziliyalı sabiq UFC döyüşçüsü, “Yekəayaq” ləqəbli Antonio Silva ilə qarşılaşacaq. Bu döyüşün təxminən saat 23:00-da başlayacağı gözlənilir. Artıq gecənin ilk döyüşü keçirilib. Azərbaycan kikboksçusu Məhəbbət Hümbətov Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib. 70 kq-da çıxış edən idmançı “Qladiator” ləqəbli İhab Lahlunu (Mərakeş) məğlub edib. ![]() Digər azərbaycanlı kikboksçu Cabbar Mustafayev (67 kq) isə İrakli Cquşiaya (Gürcüstan) uduzub. Вернуться назад |