Главная > İdman / Manset > Azərbaycanın veteran cüdoçularından şou: Dünya çempionatının ikinci günündə yeddi medal qazandılar - FOTO
Azərbaycanın veteran cüdoçularından şou: Dünya çempionatının ikinci günündə yeddi medal qazandılar - FOTO10-09-2022, 12:18. Разместил: admin |
Polşanın Krakov şəhərində keçirilən usta cüdoçular arasında sentyabrın 9-da Dünya çempionatında M1 və M3 yaş kateqoriyaları üzrə qaliblər bəlli olub. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışın ikinci günündə M1 yaş kateqoriyası üzrə -73 kq. çəkidə Nadir Babayev gümüş medal, -90 kq. çəkidə Murad Rəcəbli gümüş medal, -100 kq. çəkidə Tural Səfquliyev qızıl medal, +100 kq. çəkidə isə Qurban Məmmədli gümüş medal qazanıb. M3 yaş kateqoriyasında yarışan idmançılarımız -73 kq. çəkidə Rəşad Quliyev bürünc medal medal, -81 kq. çəkidə Azər Fətullayev qızıl medal və Zülfüqar Hüseynov gümüş medal əldə edib. Usta cüdoçularımız dünən ümumilikdə 2 qızıl, 4 gümüş və 1 bürünc medala sahib olub. Вернуться назад |