Главная > İdman / Manset > Azərbaycan cüdoçusu İslamiadada finala çıxıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu İslamiadada finala çıxıb - YENİLƏNİB


15-08-2022, 19:39. Разместил: admin
60 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçu Balabəy Ağayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala çıxıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, o, yarımfinalda türkmənistanlı idmançı Haqverdi Cumayevə qalib gələrək, finala vəsiqə qazanıb. O, finalda özbəkistanlı idmançı Kamran Nurullayev ilə qarşılaşacaq.

Həmçinin digər idmançılarımızdan Nəriman Mirzəyev (73 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) yarımfinala çıxıblar.

Nəriman Mirzəyev (73 kq) 1/4 finalda uduzub və bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. İbrahim Əliyev (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq) və Nərgiz Hacıyeva (63 kq) isə uduzaraq medalsız qalıb.

15:12

Ölkəmizi Konya V İslam Həmrəyliyi Oyunlarında təmsil edən cüdoçumuz Telman Vəliyev (-73 kq) ilk görüşündə iranlı rəqibinə qalib gəlib.

Bununla bağlı Azərbaycan Milli Olimpiya Komitəsi məlumat yayıb.

10:12

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında 11-ci yarış gününə start veriləcək.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycan 9 idman növündə, o cümlədən cüdo yarışlarında təmsil olunacaq.

Stend atıcılığı (skit reytinq yarışları)

10:00. Fuad Qurbanov, Cavid Həsənov, Niyaz Ağazadə, Nurlana Cəfərova, Riqina Meftəhəddinova, Sevda Nəcəfova

Qılıncoynatma

10:00. Komanda yarışları (sablya), Ruslan Həsənov, Barat Quliyev, Kənan Əliyev (hər üçü şpaqa)

Kamandan oxatma (sıralama atışları)

10:00. Yaylagül Ramazanova, Svetlana Simonova, Nəzrin Zamanova, Aleksey Kopnin, Zaur Qəhrəmanov, Məhəmmədəli Əliyev

Voleybol

11:00. Türkiyə – Azərbaycan (kişilər, 3-cü yer uğrunda oyun)

14:00. Azərbaycan – Kamerun (qadınlar, 3-cü yer uğrunda oyun)

Cüdo

11:00. Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev (hər ikisi 73), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq), Nərgiz Hacıyeva (63 kq)

Para-stolüstü tennis

11:00. Komanda (qarışıq)

Üzgüçülük

11:00. Vəli İsrafilov (100 metr brass üsulu ilə üzmə), Rəşad Əlquliyev (400 metr qarışıq üsulla üzmə), İlahə Raciyeva (200 metr batterflay üsulu ilə üzmə)

19:03. Fatimə Alkərəmova (100 metr sərbəst üsulla üzmə)

20:09. Ayan Kələntərova (100 metr brass üsulu ilə üzmə)

Ağırlıqqaldırma

12:30. Dadaş Dadaşbəyli (102 kq)

14:30. Əli Şükürlü (109 kq)

Basketbol

18:35. Azərbaycan – Mərakeş

20:35. Qabon – Azərbaycan.
Вернуться назад