Главная > İdman / Manset > İslamiada: Azərbaycan gimnastı ikinci qızıl medalını qazandı - YENİLƏNİB + FOTO

İslamiada: Azərbaycan gimnastı ikinci qızıl medalını qazandı - YENİLƏNİB + FOTO


14-08-2022, 19:49. Разместил: admin
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bədii gimnast Zöhrə Ağamirova lentlə hərəkətlərdə qızıl medala sahib çıxıb.

Ağamirova 32.850 xala layiq görülüb. İlona Zeynalova isə 4-cü yerlə kifayətlənib.

17:21

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bədii gimnast Zöhrə Ağamirova gürzlə hərəkətlərdə qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Zöhrə Ağamirova topla hərəkətlərdə də bürünc medala sahib çıxıb.

Ağamirova 32.500 xala layiq görülüb. Qazaxıstanlı Eljana Taniyeva qızıl medal qazanıb.

16:20

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.

“Report” un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bədii gimnast Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə gümüş medala sahib çıxıb.

Alina Gözəlova 7-ci yerlə kifayətlənib.







Вернуться назад