Главная > İdman / Manset > Azərbaycan İslamiadada güləş növündə ilk medalını qazanıb

Azərbaycan İslamiadada güləş növündə ilk medalını qazanıb


10-08-2022, 21:20. Разместил: admin
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Əliabbas Rzazadə 3-cü yer uğrunda görüşə çıxıb.

“Report” xəbər verir ki, rəqib tacikistanlı Hikmotullo Vohidov olub. Qarşılaşmadan 8:7 hesablı üstünlüklə ayrılan Rzazadə bürünc medala yiyələnib.

Qeyd edək ki, bu, İslamiadada Azərbaycanın güləş növündə ilk, ümumilikdə isə 6-cı medalı olub.
Вернуться назад