Главная > İdman / Manset > Azərbaycan Avropa Gənclər Olimpiya Festivalında ilk qızıl medalını qazanıb

Azərbaycan Avropa Gənclər Olimpiya Festivalında ilk qızıl medalını qazanıb


27-07-2022, 20:00. Разместил: admin
Azərbaycanın qadın cüdoçusu Fidan Əlizadə Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) qızıl medal qazanıb.


Oxu.Az xəbər verir ki, 57 kq-da çıxış edən idmançı finalda niderlandlı Yuliya Berskensə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Azərbaycanın EYOF-da ilk qızıl medalı olub.

52 kq çəki dərəcəsindəki Aydan Vəliyeva isə bürünc medal uğrunda qarşılaşmada böyük britaniyalı Şarlotta Cenmana qalib gəlməklə 3-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 3 cüdoçusu Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazanıb.
Вернуться назад