Главная > İdman / Manset > Sabahkı “El-Klassiko” okeanın o tayında baş tutacaq

Sabahkı “El-Klassiko” okeanın o tayında baş tutacaq


23-07-2022, 16:18. Разместил: admin
Dünya futbolunun ən çox gözlənilən qarşılaşması ABŞ-ın Las-Veqas şəhərində, “Elliqant” Stadionunda keçiriləcək. 65 min tamaşaçı tutumlu arenada keçiriləcək “Real Madrid” - “Barselona” oyunu iyulun 24-də baş tutacaq.

“Barselona” La Liqanın yeni mövsümü öncəsi heyətini ciddi şəkildə gücləndirib və transfer bazarında fəaliyyətini hələ də davam etdirir. “Real Madrid”lə növbəti matçda yayda transfer olunan dördüncü oyunçu klubda debüt edəcək. Polşalı ulduz Levandovskidən başqa Frank Kessye, Andreas Kristensen və Rafinya da “Barsa”nın uğurları üçün çalışacaq.

Qeyd edək ki, onların hamısı yeni klublarının heyətində artıq ilk oyunlarını keçiriblər və komandaya ideal şəkildə qoşulublar. Belə ki, kataloniyalılar “İnter Mayami”ni 6:0 hesabı ilə məğlub ediblər.
Вернуться назад