Главная > İdman / Manset > Bu gün “Neftçi”, “Zirə” və “Qəbələ” avrokubok oyunlarına çıxırlar - AFİŞA
Bu gün “Neftçi”, “Zirə” və “Qəbələ” avrokubok oyunlarına çıxırlar - AFİŞA21-07-2022, 12:23. Разместил: admin |
![]() Bakının “Neftçi”, “Zirə” və Qəbələnin eyniadlı klubu sözügedən turnirdə ilk oyunlarını keçirəcəklər. Günün ilk matçı Bakıda baş tutacaq. “Zirə” İsrailin “Makkabi” (Təl-Əviv) komandasını qəbul edəcək. “Dalğa Arena”dakı qarşılaşma saat 20:00-da başlayacaq. “Qəbələ” Macarıstanda “Fehervar”ın qonağı olacaq. “Mol Arena”da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Ötən mövsümün gümüş medalçısı “Neftçi” isə Konfrans Liqasına Kiprdə start verəcək. “Ağ-qaralar” Limassol təmsilçisi “Aris”lə qarşılaşacaqlar. “AEK Arena”dakı görüşdə ədaləti xorvatiyalı İvan Bebek qoruyacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. UEFA Konfrans Liqası II təsnifat mərhələsi, ilk oyunlar 21 iyul 20:00. “Zirə” – “Makkabi” (Təl-Əviv, İsrail) Bakı, “Dalğa Arena” 21:00. “Fehervar” (Macarıstan) – “Qəbələ” Sekeşfehervar, “Mol Arena” 21:30. “Aris” (Kipr) – “Neftçi” Larnaka, “AEK Arena” Qeyd edək ki, komandalar arasında cavab matçları iyulun 28-də keçiriləcək. Вернуться назад |