Главная > İdman / Manset > Azərbaycanın son üç cüdoçusu Qran Pridə mübarizəyə başlayır
Azərbaycanın son üç cüdoçusu Qran Pridə mübarizəyə başlayır17-07-2022, 14:41. Разместил: admin |
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə bu gün Azərbaycanın daha 3 təmsilçisi mübarizə aparacaq. Oxu.Az-ın məlumatına görə, yarışın sonuncu günündə Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizəyə qoşulacaq. Mehdiyev 1/16 finalda serbiyalı Nemanya Maydovla, Qasımov İspaniya təmsilçisi Nikoloz Şerazadişvili ilə, Kokauri isə sloveniyalı Vito Dragiçlə üz-üzə gələcək. Qeyd edək ki, ilk iki yarış günündə Azərbaycan cüdoçularından Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Molayi (81 kq) gümüş medal qazanıb. Вернуться назад |