Главная > İdman / Manset > “Yuventus” Türkiyə millisinin üzvünü transfer etdi

“Yuventus” Türkiyə millisinin üzvünü transfer etdi


12-07-2022, 21:49. Разместил: admin
İtaliyanın “Yuventus” klubu “Bayern”in yetirməsi olan türkiyəli Kənan Yıldızı transfer edib.

Almaniyada anadan olan Kənan Yıldız Türkiyənin 17 yaşadək futbolçulardan ibarət milli komandasında da çıxış edir.

Yarımmüdafiənin ortasında və cinahlarda çıxış edən Kənan Yıldız “Yuventus”un U-19 komandasında çıxış edəcək.

17 yaşlı futbolçu ötən mövsüm 20 oyuna çıxıb, altı qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.
Вернуться назад