Главная > İdman > İddiaçılar turniri: Rəcəbov Nepomnyaşi ilə heç-heçə etdi

İddiaçılar turniri: Rəcəbov Nepomnyaşi ilə heç-heçə etdi


29-06-2022, 22:18. Разместил: admin
İspaniyanın paytaxtı Madriddə azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun iştirakı ilə İddiaçılar Turniri davam edir.

Şahmatçımız 10-cu turda turnirin lideri Yan Nepomnyaşiyə (Rusiya) qarşı qara fiqurlarla çıxış edib. 37-ci gedişdə oyun heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, iki dövrəlik yarışda səkkiz qrossmeyster dünya tacı uğrunda görüşdə oynamaq hüququ uğrunda mübarizə aparır.

Hazırda turnir cədvəlində vəziyyət aşağıdakı kimidir: Nepomnyaşi - 6,5, Karuana - 5,5, Nakamura, Dinq Liren - hərəyə 4,5, Rəcəbov, Rapport, Firuzja - hərəyə 4, Duda - 3,5 xal.
Вернуться назад