Главная > İdman > “Qarabağ” braziliyalı futbolçu üçün bir milyon dollara yaxın pul xərcləyəcək

“Qarabağ” braziliyalı futbolçu üçün bir milyon dollara yaxın pul xərcləyəcək


24-06-2022, 15:38. Разместил: admin
“Qarabağ” Braziliyanın “Nautiko” klubunun futbolçusu Raldneylə anlaşıb.

Oxu.Az Braziliya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi iyulun 1-dən Ağdam komandasına qoşulacaq.

Bunun üçün “Qarabağ”ın qarşı tərəfə bir milyon dollara yaxın təzminat ödəyəcəyi bildirilib. Çünki dayaq yarımmüdafiəçisinin “Nautiko” ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, “Qarabağ” daha əvvəl monteneqrolu hücumameyilli mərkəz yarımmüdafiəçisi Marko Yankoviçi transfer edib.
Вернуться назад