Главная > İdman / Manset > Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı


22-06-2022, 22:28. Разместил: admin
Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

"Report"un məlumatına görə, o, Bosniya və Herseqovinada "Bortats" və Farer adalarının "B-36 Torşavn" komandaları arasında Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununun baş hakimi olacaq.

Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 7-də keçiriləcək.
Вернуться назад