Главная > İdman / Manset > FIFA Rusiyada futbol oynayan əcnəbilərə klubları ilə müqaviləni pozmağa icazə verib
FIFA Rusiyada futbol oynayan əcnəbilərə klubları ilə müqaviləni pozmağa icazə verib21-06-2022, 19:22. Разместил: admin |
FIFA Rusiya və Ukrayna klubları ilə müqaviləsi olan əcnəbi futbolçu və məşqçilərlə bağlı yeni açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Rusiyada top qovan əcnəbi futbolçular, həmçinin klublarda çalışan məşqçilərin 2023-cü il iyunun 30-dək əmək müqavilələrini dayandırmaq hüququ olacaq. Məlumatda həmçinin qeyd olunur ki, Rusiya Futbol İttifaqına üzv olan komandalar 2022-ci il iyunun 30-dək legionerlərlə qarşılıqlı razılığa gəlməlidirlər. Qeyd edək ki, Rusiya yığmaları və klubları Ukraynadakı müharibəyə görə FIFA və UEFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıblar. Вернуться назад |