Главная > İdman / Manset > Minifutbol komandamıza görə Bakıda konsert proqramı təşkil olunacaq

Minifutbol komandamıza görə Bakıda konsert proqramı təşkil olunacaq


14-06-2022, 16:23. Разместил: admin
Minifutbol üzrə milli komandamızın Avropa çempionu olması münasibətilə konsert proqramı təşkil ediləcək.

Oxu.Az-ın xəbərinə görə, bu qalibiyyət münasibətilə sabah saat 19:00-da Bakı bulvarının ərazisində (Zəfər parkı ilə üzbəüz) konsert proqramı təşkil olunacaq.

Milli komandanın iştirakı ilə keçiriləcək konsert proqramı mobil operator “Nar”ın dəstəyi ilə baş tutacaq. Tədbirin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol Federasiyası, “Azfar Group” və “Zirə” Peşəkar Futbol Klubudur.

Konsert proqramında rəsmi şəxslər və minifutbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev çıxış edəcək, xüsusi avtobusla kubok tamaşaçılara təqdim olunacaq, müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif və Səmra çıxış edəcəklər.

Xatırladaq ki, Slovakiyada keçirilmiş Avropa çempionatında minifutbol üzrə milli komandamız qalib gəlib. Millimiz tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 hesabı ilə qalib gələrək qızıl medalların sahibi olub.
Вернуться назад