Главная > İdman / Manset > Bu gün “Qarabağ”ın Çempionlar Liqasında rəqibi müəyyənləşəcək

Bu gün “Qarabağ”ın Çempionlar Liqasında rəqibi müəyyənləşəcək


14-06-2022, 12:00. Разместил: admin
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olacaq.

Komandalar püşkdən əvvəl qruplara bölünüb.

“Səpələnmişlər” səbətində yer alan “köhlən atlar”ın rəqibləri bu beş komandadan biri olacaq: “Zrinski” (Bosniya və Herseqovina), “Lex” (Polşa), “Hibernians” (Malta), “Şkupi” (Şimali Makedoniya), “Dinamo” (Batumi, Gürcüstan).

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında ilk oyununu 5/6 iyulda, cavab matçını 12/13 iyulda keçirəcək.
Вернуться назад