Главная > İdman / Manset > Nəriman Abbasov daha bir döyüşünü qələbə ilə başa vurdu

Nəriman Abbasov daha bir döyüşünü qələbə ilə başa vurdu


11-06-2022, 10:14. Разместил: admin
Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvadakı “AMC Fight Nights”da yerli idmançı Marif Pirayevlə üz-üzə gəlib.

Döyüş Abbasovun qələbəsi ilə yekunlaşıb.

İlk 2 raundda aşkar üstünlüyə malik olan 28 yaşlı döyüşçü Pirayevə ardıcıl zərbələr endirib. Bu səbəbdən, rusiyalı idmançının məşqçiləri üçüncü raundu davam etdirmək istəməyib.

Beləliklə, Abbasov çempionluq kəmərini növbəti dəfə müdafiə edib.
Вернуться назад