Главная > İdman > Azərbaycanın 22 yaşlı dünya və Avropa çempionu qəfil dünyasını dəyişdi

Azərbaycanın 22 yaşlı dünya və Avropa çempionu qəfil dünyasını dəyişdi


6-07-2020, 14:17. Разместил: azadses
Dünən gecə qəflətən halı pisləşən zorxana ustası Rüfət Gülalıyev vəfat edib.
Azad Səs-in məlumatına görə, 1998-ci il təvəllüdlü idmançı ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, zorxana ustası Avropa və dünya çempionluğundan əlavə, IV İslam Həmrəyliyi Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıb.
Rüfət Gülalıyev Ağcabədi rayonunda dəfn ediləcək.

Вернуться назад